Gürcüstanda iqtisadi artım kəskin azalacaq - Baş nazir

14:16 - 10.04.2020


10 aprel, Fineko/abc.az. Koronavirus pandemiyasına görə Gürcüstanda iqtisadi artımın əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.

ABC.AZ Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

Baş nazir deyib ki, Gürcüstan hökuməti iki cəbhədə - sağlamlıq və iqtisadi inkişaf üçün mübarizə aparacaq: “İqtisadi artımın ciddi azalacağını gözləyirik və buna görə də büdcəyə dəyişikliklər ediləcək”.

Qeyd edək ki, Dünya Bankı Gürcüstanın iqtisadi artımın COVID-19 pandemiyası səbəbindən kəskin yavaşlayacağını proqnoz edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər