Telefonunuza SMS gəlibsə 190 manatı ala bilərsiz - Daha bir açıqlama

14:40 - 10.04.2020


10 aprel, Fineko/abc.az. Birdəfəlik ödəməni almaq üçün vətəndaşlara daxil etdikləri nömrələr üzrə artıq SMS göndərilir.

ABC.AZ xəbər verir ki, bu məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov özünün sosial şəbəkədəki hesabında paylaşıb.

Nazirlik rəsmisi qeyd edib ki, artıq SMS-i alan vətəndaşlar bank filiallarından və poçt şöbələrindən vəsaiti əldə edirlər: “Dünən də qeyd etdiyim kimi, ilk partiyada 10 min işsiz şəxsə ödəmə edilib. Proses hər gün davam edəcək”.

Müəllif: Elmir Murad

 


Bütün xəbərlər