Aİ koronavirus ilə mübarizə üçün Qlobal hakaton müsabiqəsinə maliyyə ayırdı - 75 min avro

14:54 - 10.04.2020


10 aprel, Fineko/abc.az. Avropa İttifaqı və EU 4 Digital təşəbbüsü koronavirus pandemiyası ilə bağlı təcili çıxış yollarının tapılması istiqamətində ideyaların ərsəyə gəlməsi və paylaşılması məqsədi daşıyan Qlobal hakatona dəstək verəcək.

ABC.AZ xəbər verir ki, aprelin 12-dək keçiriləcək  Qlobal hakatonda dünyanın hər bir yerində, o cümlədən Şərqi tərəfdaş ölkələrində texnologiya sahəsində çalışan ekspertlər və maraqlı şəxslər, elm adamları, biznes liderləri, layihə rəhbərləri, marketinq ekspertləri, dizaynerlər və innovatorlar iştirak edə biləcək.  Müsabiqə onlayn hakaton Devpost platformasının dəstəyi ilə Accelerate Estonia, Garage48 və

Guaana kimi innovasiya və tədqiqat platformaları tərəfindən təşkil olunur.

Avropa Komissiyası Qlobal hakatonda qalib gələcək komandaların mükafatlandırılmasına 75 min avro ayırıb. Ən yaxşı ideyalar üzrə ümumi mükafat fondu isə 100 min avro təşkil edir.

 

Bütün xəbərlər