330x110
 

Bakıda daha 2 küçədə yollar təmir olunub - Xətai rayonunda

10.04.2020,15:34


10 aprel, Fineko/abc.az. Bakının Xətai rayonunda Məzahir Rüstəmov küçəsində, həmçinin İnqilab İsmayılov küçəsinin bir kilometrlik hissəsindəki yollarda yenidənqurma işləri aparılıb.

ABC.AZ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, qurum tərəfindən uzunluğu 1,4 kilometr, ortalama eni təqribən 10 metr olan M.Rüstəmov küçəsində aparılan yenidənqurma və bərpa işləri artıq yekunlaşdırılıb.

Qeyd edək ki, bu il Xətai rayonu üzrə investisiya proqramına əsasən daha 15 küçə və yolda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.