Azərbaycan Gürcüstana ərzaq yardımı edib - 400 qutu

16:35 - 10.04.2020


10 aprel, Fineko/abc.az. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) maliyyə dəstəyi ilə Marneuli və Bolnisiyə yardım ayrılıb.

ABC.AZ Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu gün 400 ərzaq qutusu Marneuliyə çatdırılıb.

Ərzaq yardımı Marneuli ilə yanaşı Bolnisidə yaşayan sosial təminatsız sakinlərə də paylanılacaq. Ərzaqlar paylanılan zaman bildirilib ki, hazırda bir hədəf var və bu da bütün güclə koronavirusla mübarizə aparmaqdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər