330x110
 

Vətəndaşları özünüməşğulluğa dəvət edən banklar artır - Siyahı

10.04.2020,16:52


10 aprel, Fineko/abc.az. Özünüməşğulluq proqramına dəstək verən bankların sayı artıb.

ABC.AZ xəbər verir ki, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır.

İlkin mərhələdə bu proqramın icrasına ölkədə fəaliyyət göstərən 8 bank -  “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Accessbank” QSC, “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Turanbank” ASC və “Yelo Bank” ASC qoşulub.

Bu proqram nəticəsində banklar proqrama cəlb olunmuş vətəndaşlarla müvafiq qrant müqavilələrinin imzalanmasına və onlara əsasən xidmət və istehsalat sahələri üzrə aktivlərin (o cümlədən natura şəklində material, avadanlıq və digər əmlakların) 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq təqdim edilməsinə başlayıblar.

Yaxın vaxtlarda prosesə digər bankların da aktiv qoşulması planlaşdırılır.

Müəllif: Elmir Murad