Azərbaycanda daha bir İşçi Qrupu yaradıldı - Sahibkarlara dəstək üçün

17:37 - 10.04.2020


10 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək məqsədilə maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, maliyyə dəstəyinin göstərilməsi çərçivəsində İqtisadiyyat Nazirliyinin qurumları arasında məsələlərin əlaqələndirilməsi üçün İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun rəhbərliyi ilə İşçi Qrupu yaradılıb.

İşçi Qrupuna Nazirliyin müvafiq strukturlarının rəhbərləri daxildir.

 

Bütün xəbərlər