OPEC+ -in hasilatın azaldılması haqqında razılaşmasından sonra neft bahalaşır, Azərbaycan yeni sövdələşməyə qoşulub

09:58 - 13.04.2020


13 aprel, Fineko/abc.az. OPEC+ ölkələri dünya neft hasilatının azalması ilə bağlı razılaşmalara, təxminən 13% nail olduqdan sonra neft bazar ertəsi 4-5% bahalaşır.

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan neft hasilatının azaldılması üzrə yeni OPEC+ razılaşmasına qoşulub.

"Aprelin 12-də keçirilmiş videokonfransın nəticələrinə görə, OPEC+ ölkələrinin nazirləri neft hasilatının mayın 1-dən 2020-ci ilin may-iyun ayları ərzində 9,7 mln. barel /sutka endirilməsi barədə razılığa gəliblər. Azərbaycan həmçinin bu qərarı dəstəklədi. Energetika naziri Pərviz Şahbazov neft bazarının sabitləşdirilməsi istiqamətində neft hasil edən ölkələrin mövqeyini yüksək qiymətləndirib", - deyə Energetika Nazirliyinin məlumatında bildirilir.

London ICE Futures birjasında Brent neftinin iyun ayının fyuçers dəyəri bazar ertəsi saat 8:55-də $1,32 (4,19%) yüksələrək barel başına $32,80-ə qədər artıb. Sessiya gedişatında qiymət artımı 8%-ə çatıb.

Nyu-York əmtəə birjasında (NYMEX) may ayının fyuçersləri həmin vaxta $1,08 (4,75%) artaraq barel başına $23,84 təşkil edib.

Final razılaşmasına nail olmaq üçün əsas maneə, 22 digər neft hasil edən ölkə kimi mütənasib olaraq eyni öhdəlikləri öz üzərinə götürmək istəməyən Meksikanın mövqeyi idi.

Səudiyyə Ərəbistanı isə öz növbəsində, OPEC+-in  qəbul etdiyi kollektiv öhdəliklərini ölkələrdən birinin tam həcmdə yerinə yetirməyəcəyini qəbuledilməz hesab edirdi.

Buna baxmayaraq, məcburi kompromis əldə edildi, OPEC+ ölkələri may-iyun aylarında sutkada 9,7 milyon barel həcmində neft hasilatını azaltmaq barədə razılığa gəliblər. Cümə axşamı Meksika da nəzərə allnmaqla, 10 milyonluq rəqəm adlandırıldı.

ABŞ, Braziliya və Kanada, qiymətlərin azaldılmasından qaynaqlanan istehsalın düşməsi ilə daha 3,7 milyon barel endirimə əlavə edəcək.

 


Bütün xəbərlər