İsraillə Türkiyə arasında yeni qalmaqal yaranıb - Tibbi ləvazimat səbəbindən

11:41 - 13.04.2020


13 aprel, Fineko/abc.az. İsrailə Türkiyə arasında yeni qalmaqal yaranıb.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, qalmaqala Türkiyənin Fələstinə dərman ləvazimatları göndərmək istəməsi səbəb olub.

Belə ki, 3 təyyarə yeni tip koronavirusla mübarizə çərçivəsində tibbi ləvazimatı İsrailə aparmaq üçün İstanbula gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail rəhbərliyinə müraciət edərək, “eyni ləvazimatlardan birbaşa fələstinlilərə göndərmək istəyirik, buna icazə verin” deyə müraciət etsə də rəsmi Təl-Əviv bunu rədd edib. İsrail tərəfi ümumiyyətlə ləvazimatları almaqdan imtina edib və təyyarələr İstanbuldan havaya qalxmayıb. Bu isə iki dövlət arasında yeni gərginliyə səbən olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər