Tenderdə iştirakda yenilik - Qaydalar dəyişir

12:08 - 13.04.2020


13 aprel, Fineko/abc.az. 15 apreldan etibarən Dövlət Satınalmalarının Vahid Internet Portalında iştirak haqqı ödənişləri “ASAN Ödəniş” sistemi vasitəsilə aparılacaq.

ABC.AZ xəbər verir ki, bundan sonra malgöndərənlər və podratçılar, portalda qeyd olunan tarixdən sonra yaradılan elektron tenderlərdə iştirak etmək üçün yalnız “ASAN ödəniş” sisteminə keçid edərək nağdsız ödəniş etməklə tenderdə iştirak etmək mümkün olacaq.

Bu məqsədlə 2020-ci il 15 aprel tarixindən etibarən "Tənzimləmələr" bölməsində olan “ASAN ödəniş” bölməsi vasitəsilə bank rekvizitlərini qeydiyyatdan keçirməyə ehtiyac var. Qeyd olunan tarixdən sonra tenderlər yaradılarkən yalnız qeydiyyatdan keçmiş bank rekvizitlərindən istifadə ediləcək. Bu səbəbdən portalın fəaliyyətində bəzi məhdudiyyətlər yarana bilər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər