"20 Yanvar dairəsi" sökülür - Tıxaca görə

12:30 - 13.04.2020


13 aprel, Fineko/abc.az. Bakının "20 Yanvar dairəsi" kimi tanınan ərazisində tikinti işlərinə başlanılıb.

ABC.AZ xəbər verir ki, körpünün altındakı dairə sökülərək yeni formaya salınır. Söküntüdən sonra ərazidə tıxacın azalacağı və avtomobillərin hərəkətinin daha rahat olacağı proqnozlaşdırılır. Artıq əraziyə texnika cəlb olunub və əvvəlcə yolun altından keçən kanalizasiya sistemləri çıxarılaraq başqa əraziyə köçürülür. Belə görünür ki, tikinti işləri Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində aparılır.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində görüıən işlərin may ayında yekunlaşacağı planlaşdırılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər