“OPEC plus” formatında atılan addımlar neft bazarına dəstəkdir - Nazirlikdən açıqlama

12:35 - 13.04.2020


13 aprel, Fineko/abc.az. “OPEC plus” ölkələri nazirlərinin X iclasında neft istehsalçıları, istehlakçıları, bütövlükdə dünya itisadiyyatı üçün tarixi bir razılaşma əldə olundu.  Bu format çərçivəsində ilk dəfə olaraq iki illik müddəti və böyük istehsal həcmlərinin ixtisarını nəzərdə tutan və qlobal dəstəklə müşayiət olunan bir qərar qəbul edildi. “OPEC plus” formatında atılan bu addımlar neft bazarına bir neçə istiqamətdə dəstək verir.

ABC.AZ xəbər verir ki, bu “OPEC plus” ölkələri nazirlərinin qərarını şərh edən Energetika Nazirliyinin məlumatında öz əksini tapıb.

Nazirlik bildirib ki, hasilatın azaldılması ilə bağlı qərarın mayın 1-dən icrası qarşısında bütün maneələr aradan qalxmış olur. "İkincisi, bu qərarın əhəmiyyəti “OPEC plus” hesabına yalnız may-iyun aylarında gündəlik hasilatın 9,7 mln barrel həcmində azaldılması ilə məhdudlaşmır. Eyni zamanda Səudiyyə Ərəbistanı, Kuveyt və BƏƏ tərəfindən aprel ayında planlaşdırılan gündəlik 2,7 mln barrel həcmində neft istehsal edilməyəcək" deyə nazirliyin məlumatında qeyd olunub.

 

Bütün xəbərlər