Neft bazarına 20 milyon barrel az neft daxil olacaq

14:08 - 13.04.2020


13 aprel, Fineko/abc.az. Bildiyiniz kimi Energetika Nazirliyi “OPEC plus” ölkələri nazirlərinin qərarını şərh edib. 

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, şərhdə qeyd olunub ki, qərar “OPEC plus” formatından kənar ölkələrin də hasiatı azaltmalarını təşviq edir və ilk dəfə olaraq digər iri neft istehsalçıları da bu prosesə qoşulurlar. Məlumatda qeyd olunub ki, ABŞ-ın Meksikanın öhdəliyinin 300 min barrelini öz üzərinə götürməsi buna bir nümunədir.

"ABŞ, Kanada, İndoneziya, Norveç və Braziliya kimi iri neft istehsalçılarının “OPEC plus” ölkələri ilə həmrəylik nümayiş etdirərək, gündəlik neft istehsalını 4-5 milyon barrel həcmində könüllü şəkildə azaldacaqları nəzərdə tutulur. Beləliklə, İran, Venesuela və Liviyada gündəlik xam neft hasilatının 2,8 milyon barrel azalacağını da nəzərə alsaq, “OPEC plus” ilə başlayan və digər ölkələrlə dəstəklənən təşəbbüs çərçivəsində mayın 1-dən etibarən dünya neft bazarına ümumilikdə gündəlik 20 milyon barrel az neft daxil olacaq" deyə şərhdə bildirilir.

Bütün xəbərlər