Pandemiyadan zərər çəkmişlərə bu qədər pul verilib - Maliyyə Nazirliyi məbləği açıqladı

14:31 - 13.04.2020


 13 aprel, Fineko/abc.az. Koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış 5 min 752 sahibkara maliyyə dəstəyi göstərilib.
 

ABC.AZ xəbər verir ki, aprelin 13-də Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 1 983 vergi ödəyicisinə 3 mln. 652 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 2 560 fərdi (mikro) sahibkara isə 2 mln. 948 min manat vəsaiti onların bank hesablarına köçürüb. 

Qeyd edək ki, bundan əvvəl, aprelin 9-da Maliyyə Nazirliyi tərəfindən ilk tranş da nəzərə alınmaqla, bu günkü tarixə 5 752 vergi ödəyicisinə umumilikdə 8 mln. 939 min manat həcmində maliyyə dəstəyi göstərilib. 

Müəllif: Elmir Murad

Bütün xəbərlər