Çin Azərbaycana yardım göndərdi - İçində maska da var

14:34 - 13.04.2020


13 aprel, Fineko/abc.az. Çin hökuməti və adıçəkiləm ölkənin müxtəlif şirkətləri tərəfindən  Sumqayıta COVİD-19 pandemiyası ilə mübarizədə dəstək üçün tibbi ləvazimatlar göndərilib.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın Pekindəki səfiri Əkrəm Zeynallı deyib. O qeyd edib ki,  yardım artıq Sumqayıta çatdırılıb. "Aprelin 12-də 120000 ədəd baxil, 50000 ədəd gündəlik qoruyucu maska, 2000 ədəd xüsusi üz qoruyucu maska, 2000 ədəd qoruyucu eynək, 1000 ədəd qoruyucu geyim dəsti, 300 ədəd məsafədən yoxlayan infraqırmızı termometrdən ibarət olan humanitar yardım Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilib. Tibbi vasitələr şəhərdəki xəstəxanalara paylanılacaq, koronavirusla mübarizədə istifadə olunacaq" deyə səfir vurğulayıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər