Prezident Oğuz rayonuna pul ayırdı - Sərəncam

15:05 - 13.04.2020


13 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Oğuz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərənca əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə   700 min manat pul ayrılıb.

Vəsait Oğuz rayonunun əhalisi 12 736 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin  içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsinə xərclənəcək.

 

Bütün xəbərlər