Azərbaycan 11 yeni lokomotiv alıb - Statistika

15:31 - 13.04.2020


13 aprel, Fineko/abc.az. 2019-cu ildə dəmir yolu (ADY) ilə 15 milyon 232,7 min ton yük və 3 milyon 848 min 900 nəfər sərnişin daşınıb.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər 2018-ci ildəki yükdaşıma ilə müqayisədə 9,2% artım deməkdir. Artım sərnişin daşımada da qeydə alınıb. Belə ki, 2018-ci illə müqayisədə Azərbaycan dəmir yolu ilə 35,5% artıq sərnişin daşınıb. Bununla yanaşı ötən il ADY 10 sərnişin vaqonu, 2 KISS markalı elektrik qatarı və 11 yeni elektrik lokomotivi alıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər