Azərbaycandakı banklar xərclərinin artması səbəbindən zəifləyəcək - "Moody`s"-dən bədbin proqnoz

16:05 - 13.04.2020


13 aprel, Fineko/abc.az. "Moody’s" beynəlxalq reytinq agentliyi koronavirus pandemiyası (COVID-19) və ucuzlaşan neft fonunda Azərbaycanın bank sistemi üzrə proqnozunu açıqlayıb.

ABC.AZ xəbər verir ki, təşkilatın prqonozunda qeyd olunub ki, ölkədəki bankların gəlirliyi, borcların konsolidasiya olunması və itkiləri ödəmək üçün xərclərin artması səbəbindən zəifləyəcək. "Bununla belə, dövlətin bank sisteminin ölçüsünə nisbətən böyük ehtiyatlara sahib olması bu sektorun, xüsusən də ən böyük bankları dəstəkləmək bacarığı güclü və stabil qalacaq" deyə qurumun açıqlamasında qeyd olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər