Azərbaycanda problemli kreditlər artacaq - Beynəlxalq təşkilatdan açıqlama

16:15 - 13.04.2020


13 aprel, Fineko/abc.az. İqtisadiyyatın və kiçik və orta bizneslərin dəstəkləməsi tədbirlərinə baxmayaraq, problemli kreditlər və təminat haqlarının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bu tezislər "Moody’s" beynəlxalq reytinq agentliyinin koronavirus pandemiyası (COVID-19) və ucuzlaşan neft fonunda Azərbaycanın bank sistemi üzrə proqnozunda qeyd olunub. Təşkilat bunun əsas səbəbi kimi, şirkətlər və fərdlərin qəfil pisləşən iqtisadi vəziyyətlə üz-üzə qalmasını göstərir. Reytinq agentliyi ehtimal edir ki, 2019-cu ilin sonunda ölkənin bank sektorundakı kreditlərin üçdə ikisi koronavirus pandemiyası ilə əlaqədar risklərə məruz qalıb. Bundan əlavə, bankların xalis faiz gəlirləri əmanət axınının qarşısını almaq üçün maliyyə xərcləri artdıqca daralacaq və bu, yerli valyutada olan əmanətlərinin xarici valyutaya kütləvi çevrilməsi ilə başlaya bilər. "Moody’s" onu da vurğulayıb ki, 2019-cu ilin sonunda Dövlət Neft Fondu (ARDNF) tərəfindən toplanan ümumi ehtiyatlar ÜDM-in təxminən 90%-nə bərabər olub və dövlət iqtisadiyyata və bank sisteminə dəstək vermək üçün yaxşı maliyyə mövqeyinə sahibdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər