Aqropark tikintisinə böyük vəsait ayrılıb - Məbləğ

17:15 - 13.04.2020


13 aprel, Fineko/abc.az. Bildiyiniz kimi Azərbaycanda ümumi sahəsi təxminən 200 min ha olan 51 aqroparkın yaradılması planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu rəqəm hökumətin 2019-cu ilə dair hesabatında öz əksini tapıb.  Hesabatda qeyd olunub ki, bu məqsədlər üçün investisiya qoyuluşları 2,4 milyard manat məbləğində qiymətləndirilir.

Qeyd edək ki, sözügedən layihələrin həyata keçirilməsi 4 mindən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər