Prezident karantinlə bağlı Fərman verdi - Dəyişiklik

17:34 - 13.04.2020


13 aprel, Fineko/abc.az. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb. Fərmana əsasən, sənədin 2.2 və 2.4-cü bəndləri dəyişdirilib.

Qeyd edək ki, Fərmana əsasən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cəzaları müəyyənləşdirir. Bu qaydaların pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər isə iki min manatdan beş min manatadək məbləğdə cərimələnir.

 

Bütün xəbərlər