“Gilan Tekstil Park” MMC-də tibbi maska istehsalına başlayır - Həftədə 1 milyon ədəd

10:29 - 14.04.2020


14 aprel, Fineko/abc.az. Daha bir iri müəssisə tibbi maska istehsalına başlayacaq.

ABC.AZ xəbər verir ki, bu “Gilan Tekstil Park” MMC-dir. İstehsal üçün müəssisə qısa müddət ərzində istehsalat prosesində dəyişikliklər edib, tələb olunan xammalı alıb, qoruyucu kombinezonların istehsalına başlayıb, tibbi maskaların istehsalına isə növbəti həftə ərzində start verəcək.

Verilən məlumata görə, fasiləsiz iş rejimində çalışan “Gilan Tekstil Park”-da həftədə 30 000 qoruyucu kombinezon və minimum 1 000 000 tibbi maska tikiləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər