Vahid elektron baza yaradılır - 24 qurumun məlumatları ora daxil ediləcək

11:00 - 14.04.2020


14 aprel, Fineko/abc.az. Pandemiya səbəbindən yaranmış şəraitdə aidiyyəti dövlət qurumları və dövlət müəssisələri tərəfindən tələb olunan həcmdə məlumatların müvafiq elektron bazaya daxil edilməsi və bura  aidiyyəti qurumların çıxışının təmin olunması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən elektron portalın yaradılması işləri davam etdirilir.

ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, artıq 24 dövlət qurumu üzrə məlumatlar elektron bazaya daxil edilib.

Elektron bazanın yaradılmasında məqsəd iqtisadi siyasət sahəsində təxirəsalınmaz qərarların vaxtında və çevik qəbul edilməsi üçün iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi və bu barədə Nazirlər Kabinetinin məlumatlandırılmasıdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər