Əli Əsədovdan Qərar – İşıq limiti artırıldı

11:17 - 14.04.2020


14 aprel, Fineko/abc.az. Baş nazir Əli Əsədov “Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” Qərar imzalayıb.

Nazirlər Kabinetindən ABC.AZ-a verilən məlumata görə, qərara əsasən, “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarı ilə müəyyən edilmiş əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 kilovat-saat artırılaraq 400 kilovat-saat müəyyən edilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər