Putin koronovirusdan danışdı - Gələn həftə həll edici olacaq

14:11 - 14.04.2020


14 aprel, Fineko/abc.az. “Sizinlə birlikdə müşahidə edirik ki, vəziyyət praktiki olaraq hər gün dəyişir, təəssüf ki, yaxşılığa doğru deyil. Xəstələnən insanların sayı artır”.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O qeyd edib ki, gələn həftənin həlledici olacaq.

V. Putin bütün mümkün ssenariləri nəzər almaq və hər bir vəziyyətə hazır olmaq üçün hökumətə qarşıdan gələn 3, 7 və 10 gün üçün dəqiq və peşəkar proqnoz hazırlamağı tapşırıb.

"Hazırda xaricdə işləyən Rusiya hərbçilərinin təcrübəsindən istifadə etmək, koronavirusla mübarizə üçün dövlət ehtiyatı formalaşdırılması ilə əlaqədar vahid mərkəz yaratmaq, tibb işçilərini bütün lazımi qoruyucu vasitələrlə təmin etmək barədə tapşırıqlar verilib" deyə V. Putin bildirib.

 

 

Bütün xəbərlər