Artırılan elektrik enerjisi limiti barədə daha bir Açıqlama

14:35 - 14.04.2020


14 aprel, Fineko/abc.az. Aprel-may aylarında elektrik enerjisi sərfiyyatı artırılmış limitlə hesablanacaq.

ABC.AZ xəbər verir ki, bunu "Azərişıq" ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin Qərarına əsasən, "Azərişıq" ASC-də elektrik enerjisi sərfiyyatına görə limitlər 300 kilovat/saatdan 400 kilovat/saat artırılıb. "Buna səbəb əhalinin evdə qalması ilə bağlı elektrik enerjisindən istifadənin çoxalmasıdır. Artıq qanuna uyğun şəkildə sistemlər tənzimlənib" deyə qurum rəsmisi bildirib.

Q.Həmidov qeyd edib ki, apreldə mart ayının sərfiyyatları abonentlərə bildiriş olaraq verildiyi üçün may ayında aprelin sərfiyyatı veriləcək və həmin vaxt 400 kilovat/saat nəzərə alınacaq. Həmçinin iyun ayında mayla bağlı veriləcək bildirişlərdə də 400 kilovat/saatlıq limit üzrə hesablama aparılacaq. Qeyd edək ki, 400 kilovat/saatlıq artım yalnız əhali qrupu abonentlərinə şamil olunur.

 

Bütün xəbərlər