Prezident videokonfrans formatında müşavirə keçirib - Koronovirus müzakirə edilib

16:29 - 14.04.2020


14 aprel, Fineko/abc.az. Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı müşavirədə ilin birinci rübündə Azərbaycanda islahalatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını deyib.

Koronovirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərdən danışan İlham Əliyev Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirib.

İqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezident 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını deyib. Sonra Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov məruzə ediblər.

 

Bütün xəbərlər