Prezident bu sahəyə 30 milyon manat ayırdı – Sərəncam

16:44 - 14.04.2020


14 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev "Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında" Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrılıb.

 

Bütün xəbərlər