Prezident ishlatların bu il də davam edəcəyini deyib

17:13 - 14.04.2020


14 aprel, Fineko/abc.az. Azərbaycanda islahalatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarıb.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans deyib.

Koronovirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərdən danışan dövlət başçısı Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirib. İ.Əliyev hökumətə iqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar bir sıra tapşırıqlar verib. "2020-ci il də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacaq" deyə prezident əlavə edib.

 

Bütün xəbərlər