Azərbaycan tankeri ən yaxşılar sırasında - Reytinq

18:11 - 14.04.2020


14 aprel, Fineko/abc.az. Bakı Gəmiqayırma Zavodunda ukraynalı mühəndislərin layihəsinə əsasən tikilən - “Laçın” tankeri dünyanın ən yaxşı 50 gəmisi sırasına daxil edilib.

ABC.AZ Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, “Laçın” tankeri Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (Royal Institution of Naval Architects, RINA) versiyasına görə, 2019-cu ildə dünyanın ən yaxşı 50 mülki gəmisi sırasına daxil olub.

Qeyd edək ki, “Laçın” tankeri ötən il dekabrın 13-də  istismara verilib.

 Müəllif: Elmir Murad

Bütün xəbərlər