Büdcədə investisiya və xərclərə yenidən baxılır - Vüsal Qasımlı

10:48 - 15.04.2020


15 aprel, Fineko/abc.az. XX əsrdə ən sərt qlobal iqtisadi böhran, ən aşağı neft qiyməti və ən miqyaslı pandemiya Azərbaycanda icmal büdcənin gəlirlərinə təsir edir.

ABC.AZ xəbər verilir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O qeyd edib ki, bu ilin ilk rübündə dövlət büdcəsinin mədaxili 7811 milyon manat, xərcləri 5255 milyon manat olmaqla, profisit 2556 milyon manat təşkil etsə, ilin qalan hissəsində vəziyyətin əlverişliliyi azalır: “İlk rübdə vergi və gömrük orqanları gəlir proqnozunu 312,2 milyon manat artıqlaması ilə təmin etsə də, dərinləşən qlobal resessiya və pandemiya ilə bağlı qeyri-müəyyənlik gəlirlərə mənfi təsir edir. Qlobal şoklar davam etdikcə, milli iqtisadiyyata fiskal dəstək siyasəti çərçivəsində gəlirlərə və xərclərə yenidən baxılır".

 

Bütün xəbərlər