Pandemiyanın ən çox təsir etdiyi 20 sektorda gəlirlər azalacaq - Proqnoz

11:58 - 15.04.2020


15 aprel, Fineko/abc.az. ÜDM-in xərclər üsulu ilə təhlili göstərir ki, ilin qalan hissəsində ev təsərrüfatlarının və dövlət idarələrinin istehlakı, həmçinin xalis ixrac azalmağa meyilli olacaq.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, digər tərəfdən aşağı qiymətlər hesabına neft sektorundan, həmçinin qeyri-neft sektorunda pandemiyanın ən çox təsir etdiyi 20 sektordan gəlirlər azalacaq: "Əslində Prezident İlham Əliyev bu il üçün iqtisadi siyasətin əsas üç hədəfini müəyyənləşdirib: iqtisadi sabitlik, məşğulluq və rifah, iqtisadi artım. Bu hədəflərdən irəli gələrək büdcə siyasətində xərclərin prioritetləşdirilməsi, şəffaflığın daha da artırılması və xərcləmələrin səmərəliliyinin yüksəldilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Fiskal dayanıqlılığın təmin olunmasında kapitalın və əmlakın amnistiyası, özəlləşdirmə, dövlət müəssisələrinin idarəetmə səmərəliliyinin yüksəldilməsi yolu ilə “büdcə yük”ünün azaldılması, investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, dövlət satınalmalarının şəffaflığının daha da artırılması kimi tədbirlər də müəyyənləşdirilib. Bundan başqa, özəl sərmayələrin cəlbi davamlı iqtisadi artımın təmin olunmasında həlledici olacaq”.

 

Bütün xəbərlər