Gələcəkdə vergi arayışının almasına ehtiyac olmayacaq - Sistem üzərində iş gedir

12:05 - 15.04.2020


15 aprel, Fineko/abc.az.   Dövlət satınalmaları vahid internet portalı “ASAN ödəniş” sisteminə  inteqrasiya edib.

ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istinadən xəbər verir ki, portalda hər bir malgöndərənin "Şəxsi kabineti" mövcuddur ki, bu da onlar  tərəfindən aparılan müxtəlif əməliyyatların asanlaşdırmasına xidmət edir.

Məlumata görə, gələcəkdə portalın funksionallığı daha da artırılacaq ki, burada söhbət müxtəlif digər dövlət qurumların sistemləri ilə inteqrasiyadan gedir. "Misal olaraq vergilər sistemi ilə inteqrasiya tender iştirakçısı barədə zəruri məlumatları avtomatik olaraq əldə etməyə imkan yaradacaq. Bu o deməkdir ki, iştirakçı tərəfindən əlavə olaraq vergi arayışının almasına ehtiyac yaranmayacaq. Hazırda mütəxəssislər tərəfindən bu istiqamətdə işlər aparılır və qurumların texniki hazırlığı uyğunlaşdırılarkən sistemə inteqrasiya olunacaq", - deyə Xidmətdən bildirilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər