Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb - Rəqəmlər

12:17 - 15.04.2020


15 aprel, Fineko/abc.az. 2020-ci ilin yanvar-mart dövründə Azərbaycana 169 milyon 634 min dollar dəyərində 15 min 492 ədəd avtomobil idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin ilk 3 ayı ilə müqayisədə 2020-ci ilin analoji dövründə avtomobil idxalı təxminən 2 dəfə artıb. Belə ki, 2019-cu ilin yanvar-mart dövründə Azərbaycana 7 min 978 ədəd avtomobil idxal edilmişdi.

Qeyd edək ki, ilk 3 ayda ölkəmizə 14 min 417 ədəd minik avtomobili, 66 ədəd avtobus, 972 ədəd yük avtomobili və 37 ədəd xüsusi təyinatlı avtomobil idxal edilib.

 

Bütün xəbərlər