Sənaye məhsulu istehsalı artıb - 3 ayın nəticələri

14:33 - 15.04.2020


15 aprel, Fineko/abc.az. 2020-ci ilin yanvar-mart aylarında 10,6 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 23 faiz artıb. Bu dövrdə neft hasilatı 3,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 15,3 faiz artıb.

Sənaye məhsulunun 65,5 faizi mədənçıxarma sektorunda, 28,4 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər