Azərbaycanda istehsalı artan sənaye məhsulları - SİYAHI

14:35 - 15.04.2020


15 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2020-ci ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsal edilib.

ABC.AZ sözügedən dövrdə istehsalı artan məhsulların siyahısını təqdim edir:

  • avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə,
  • kompüter, elektron və optik məhsulların istehsalı 3,9 dəfə,
  • metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 dəfə,
  • içkilərin istehsalı 2,1 dəfə,
  • sair nəqliyyat vasitələrinin istehsalı 66,7 faiz,
  • əczaçılıq məhsullarının istehsalı 36,7 faiz,
  • ağacın emalı və ağacdan məmulatların istehsalı 28,0 faiz,
  • tütün məmulatlarının istehsalı 28,0 faiz,
  • kimya sənayesi məhsullarının istehsalı 25,7 faiz,
  • rezin və plastik kütlə məmulatlarının istehsalı 25,0 faiz,
  • poliqrafiya məhsullarının istehsalı 20,2 faiz,
  • kağız və karton istehsalı 20,2 faiz,
  • elektrik avadanlıqlarının istehsalı 18,3 faiz,
  • mebel istehsalı 14,1 faiz,
  • toxuculuq sənayesi məhsullarının istehsalı 10,5 faiz,
  • geyim istehsalı 10,0 faiz,
  • neft məhsullarının istehsalı 9,6 faiz,
  • qida məhsullarının istehsalı 5,3 faiz,
  • hazır metal məmulatlarının istehsalı 2,7 faiz.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər