Masallı rayonuna pul ayrıldı – Sərəncam

16:16 - 15.04.2020


15 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Masallıda suya olan tələbatın ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən Masallı rayonunun əhalisi 36274 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayrıldı.

 

Bütün xəbərlər