Energetika Nazirliyi AÇG ilə “Şahdəniz”dən çıxarılan və ixrac edilən neft-qaz həcmlərini açıqlayıb

16:29 - 15.04.2020


15 aprel, Fineko/abc.az. Azərbaycanın neft-qaz sənayesinin inkişafında mühüm rola malik “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə indiyədək neft-qaz hasilatı və ixracı ilə bağlı göstəricilər dəqiqləşib.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu il aprelin 1-ə kimi 534 milyon ton neft (kondensatla birlikdə), 290 milyard kubmetr təbii qaz hasil edilib.

Aprelin 1-dək AÇG-dən 505 milyon ton neft, 168,4 mmilyard kubmetr qaz çıxarılıb. “Şahdəniz” istismara veriləndən cari il aprelin 1-dək 121,5 milyard kubmetr qaz, 29 milyon ton kondensat hasil olunub.

Bu yataqlardan indiyə kimi 527 milyon ton neft (kondensatla birlikdə), 80,3 milyard kubmetr qaz isə ixraca göndərilib.

 

Bütün xəbərlər