Azərbaycandan Gürcüstana daha bir kömək - 58 nəfər Bakı vasitəsilə Tbilisiyə qaytarılıb

16:57 - 15.04.2020


15 aprel, Fineko/abc.az. ABŞ və Böyük Britaniyadan 58 Gürcüstan vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə Tbilisiyə dönüb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Belə ki, Gürcüstanın Bakıdakı səfirliyinin sayəsində İrandan 41 Gürcüstan vətəndaşı Azərbaycan ərazisi ilə Tbilisiyə qaytarılıb. Bununla yanaşı həmçinin 100-ə yaxın Gürcüstan vətəndaşının ölkəyə qayıtması təmin edilib və proses davam etdirilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər