“Azərpoçt” MMC hesabat açıqladı - Ötən ili mənfəətlə başa vurub

10:35 - 16.04.2020


16 aprel, Fineko/abc.az. “Azərpoçt” MMC 2019-cu ilin maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ MMC-nin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, qurum sözügedən dövrü 1 milyon 487 min manat mənfəətlə başa vurub.

Ötən il “Azərpoçt”un cəmi gəlirləri 48 milyon 40 min manat, cəmi xərcləri isə 46 milyon 553 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən MMC-nin 1 milyon 487 min manat mənfəəti yaranıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər