Ramanada məktəb binasının tikintisi üçün tender keçirilir

11:32 - 16.04.2020


16 aprel, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ramana qəsəbəsində 1512 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində 1200 şagird yerlik məktəb binasının tikintisi üçün tender keçirir.

Tenderdə iştirak haqqı 600 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri   28.04.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 12.05.2020 18:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 13.05.2020 16:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Aygün Hüseynova

Telefon: (994 12)  431 87 03

 

Bütün xəbərlər