Türkiyədən Azərbaycana həkimlər gəlib - Regionlara göndəriləcəklər

12:11 - 16.04.2020


16 aprel, Fineko/abc.az. Azərbaycandakı xəstəxanaları gücləndirmək istəyirik. Bunun üçün Şəki və Sumqayıtda yeni labaratoriyalar qurulacaq. Bildiyiniz kimi bunun üçün Türkiyədən də Azərbaycana həkimlər gəlib. Həkimlər 3 ay müddətində Bakıda və regionlardakı xəstəxanalarda işləyəcək.

ABC.AZ-ın məlumatına görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu layihənin məqsədi Azərbaycanın koronavirusa qarşı apardığı mübarizəyə dəstək verməkdir:

“Qeyd etdiyim həkimlər bura gəlmədən öncə İzmirdə 1 həftəlik təlim keçiblər və Azərbaycan hökuməti tərəfindən təyyarə ilə Bakıya gətirildilər. Bu layihə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin necə üstün səviyyədə olmasına dəlalət edir. Aylarla davam edəcək prosedur qısa müddətdə həll edildi”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər