Özünü jurnalist kimi təqdim edən şəxs həbs olunub - Qaydaları pozub

15:02 - 16.04.2020


16 aprel, Fineko/abc.az. Xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o, jurnalist olduğunu, çəkiliş etmək məqsədilə çölə çıxdığını bildirib.

ABC.AZ Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ondan vəsiqə tələb olunduqda heç bir sənəd təqdim edə bilməyib və  planşetlə yoxlanılarkən “8103” SMS icazə sistemindən də icazəsinin olmadığı məlum olub.

Özünü reportyor kimi qələmə verən həmin şəxs Polis Şöbəsinə dəvət edilib.

M.Səmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün şəhər məhkəməsinə göndərilib.

O, məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati həbs olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər