Prezident Qax rayonuna pul ayırdı - Sərəncam

16:11 - 16.04.2020


16 aprel, Fineko/abc.az. Qax rayonunda suya olan tələbatın ödənilməsinə dair əlavə tədbirlər haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Qax rayonunun əhalisi 28701 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,19 milyon manat ayrıldı.

 

Bütün xəbərlər