Karantin rejimi dərhal ləğv olunmamalıdır - Prezidentin köməkçisi

17:21 - 16.04.2020


16 aprel, Fineko/abc.az. Digər ölkələrin təcrübəsinə əsasən karantin hallarının uzadılması zəruridir.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, xəstəliyə yoluxma halı və arealı nəzarət altındadır.

"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən karantin rejimi dərhal ləğv olunmamalıdır" deyə H.Hacıyev bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər