Uçuşların dayanması nəticəsində virusun idxalı dayanıb - Hikmət Hacıyev

17:35 - 16.04.2020


16 aprel, Fineko/abc.az. Karantin rejiminin uzadılması istiqamətində aidiyyəti strukturların təklifləri təhlil edilir.

ABC.AZ-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, bu təkliflərə kompleks yanaşılır: “Bu təhlillər nəticəsində karantin rejiminin uzadılması ilə qərar qəbul ediləcək. Hazırda Azərbaycanın sərhədləri bağlanıb, xarici ölkələrə uçuşlar dayandırılıb. Bunun nəticəsində virusun xaricdən idxalı dayanıb, ölkə ərazisində virusun yayılması azalıb. Xaricdən gətirilən Azərbaycan vətəndaşları ilk olaraq karantin zonasında yerləşdiriliblər".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər