Bakı Fond Birjası Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək

17:42 - 9.01.2018


9 yanvar, Fineko/abc.az. Sabah Bakı Fond Birjası (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək.

Birjanın məlumatında deyilir ki, hərraca, hər birinin nominal dəyəri 100 manat olan 150 milyon manat  həcmində notlar yerləşdiriləcək.

Notların tədavül müddəti 28 gün təşkil edəcək. Notların ödəmə tarixi: 7 fevral 2018-ci il.

 

Bütün xəbərlər