Neft qiymətləri müxtəlif istiqamətli şəkildə dəyişir, Brent bir barelə 28,22 dollara yüksəldi

10:05 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Cümə günü ticarətdə neft qiymətləri müxtəlif istiqamətli dəyişir.

Saat 9:20-də London ICE Futures birjasında, Brent neftinin iyun ayı üçün fyuçers qiyməti 0,40 (1,44%) yüksələrək bir barelə $28,22 təşkil edib.

16 aprel tarixində ICE Futures birjasında keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin iyun ayı üçün fyuçers qiyməti $0,13 (0,47%) artaraq bir barelə $ 27,82 təşkil edib.

Saat 9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI neftinin may ayına olan fyuçers qiyməti $0,29 (1,46%) düşərək bir barelə $19,58 təşkil edib.

16 aprel tarixində NYMEX birjasında keçirilən ticarətin nəticələrinə görə, neftin may ayına olan fyuçers qiyməti dəyişməyib və 2002-ci ilin fevral ayından etibarən minimum səviyyədə qalıb - bir barelə $19,87.

OPEC + ölkələri ötən bazar günü keçirilən iclasda neft hasilatını azaltmaq və alyansa daxil olmayan əsas istehsalçıları, neft bazarının sabitləşməsinə yönəlmiş səylərə mütənasib və vaxtında töhfə verməyə çağırmaq barədə razılığa gəliblər. Belə ki, may-iyun aylarında OPEC+ ölkələri tərəfindən neft hasilatının azalması 9,7 mln. b/s (23% azalma), iyul ayından 2020-ci ilin sonuna qədər 7,7 mln. b/s (18% azalma), daha sonra 2022-ci ilin may ayına qədər 5,7 mln. b/s (14% azalma) təşkil edəcək.

 

Bütün xəbərlər