Neft Fondunun neft və qaz sazişlərindən daxilolmaları 3 milyard manatdan çox olub

10:13 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Dövlət Neft Fondunun (ARDNF) 2020-ci ilin yanvar-mart ayları ərzində neft və qaz sazişləri ilə bağlı daxilolmaları 3 milyard 772 milyon 100 min manat təşkil edib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, bu daxilolmaların tərkibində mənfəət neftinin və qazın satışından gəlirlər 2 milyard 997 milyon 900 min manat təşkil edib ki, bu gəlirlər də fyuçers müqaviləsi şərtlərinə uyğun olaraq xam neftin qiymətlərinin büdcədə nəzərdə tutulan qiymətdən daha yüksək olduğu dekabr, yanvar və fevral aylarına aid partiyaların satışlarından formalaşıb. Bu aylar üzrə xam neftin ortaçəkili xalis mədaxil qiyməti 59 ABŞ dolları təşkil edib.

"Eyni zamanda bu dövr ərzində bonus ödənişləri 767,8 milyon manat, tranzit gəlirləri 4,9 milyon manat, akrhesabı ödənişlər 1,5 milyon manat təşkil edib" deyə Fondun məlumatında vurğulanıb.

 

Bütün xəbərlər