Türk lirəsi ucuzlaşır, rubl isə bahalaşmaqdadır

10:55 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Türkiyədə lirənin məzənnəsi koronavirus infeksiyası ilə əlaqədar yaranan iqtisadi böhran səbəbindən aşağı düşməkdə davam edir.

ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son məlumata əsasən, 1 dollar 6.9 lirə olub.

Müqayisə üçün qeyd edək ki, uanvarın son günlərində 1 dollar 5.98 lirəyə, aprelin 1-də isə 6.63 lirəyə dəyişdirilib.

Rusiyada isə rubl bahalaşıb. Belə ki, ötən gün neftin ucuzlaşmasına rəğmən dollar 74,29 rubla, avro isə 80,53 rubla düşüb.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər